Arda Gülər ​lə bağlı qalmaqallı qərar - Verdikləri vədlərə məhəl qoymayacaqlar

İDMAN
14:46 23.01.2024
182
"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin zədəsinə baxmayaraq şans vermədiyi üçün əsəbləşən və "Almeriya" ilə son matçda oyuna girməyən Arda Gülər ​​icarəyə götürülə bilər.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid”in mövsümün əvvəlində bonuslarla 30 milyon avroya heyətinə qatdığı Arda Gülər ​​bənövşəyi-ağların heyətində oynamaq şansı tapa bilmir.
 
Ançelottinin zədəsini sağaltmasına baxmayaraq oynamağa vaxt vermədiyi gənc ulduz üçün partlayıcı iddia irəli sürülüb.

Qeyd edək ki, "Real Madrid" ilə La Liqada heç bir oyun keçirə bilməyən Arda Gülər ​​İspaniya Kral Kubokunun 3-cü tur matçında "Arandina" ilə ilk 11-likdə yer alıb və 59 dəqiqə meydanda qalıb.
 
Arda ikinci matçında İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı 8 dəqiqə oynayıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR