İspan mediası "Real Madrid"ə keçsə də, hələ də forma geyinə bilməyən Arda Gülerin adaptasiya dövrünün daha uzun olacağını və Kral klubunun onu qış transfer dövründə icarəyə göndərə biləcəyini yazıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun ikinci zədəsi gözləntiləri puç edib.
İdarə heyəti və komanda 2024-cü ilin yanvarında futbolçunun icarəyə götürülməsi imkanlarını dəyərləndirməyə başlayıb.
Oktyabrın sonu və ya noyabrın əvvəlində komandaya qayıdacağı gözlənilən Arda Gülərin bir daha bədbəxtlik yaşamayacağı təqdirdə inzibati və texniki rəhbərliyi razı salmaq üçün cəmi 2 ay vaxtı olacaq.
Ancaq o da məlumdur ki, Arda Gülər icarəyə götürülməyin qəti əleyhinədir və nə olursa olsun komandada qalmaq üçün mübarizə aparacaq.
Günel