"Real Madrid"ə "Levante faciəsi" (VİDEO)

İDMAN
11:54 19.09.2011
2154
Ötən gün İspaniya La Liqasının III turunun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 5 qarşılaşma keçirilib.
Öz meydanında "Espanyol"u qəbul edən "Zaraqoza" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb. "Rayo Vallekano" isə səfərdə "Qetafe"dən üstün olub - 1:0.
"Atletiko" (Madrid) klubu isə doğma azarkeşləri önündə "Santander"ə futbol dərsi keçib. Arda Turanın komandası rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Madridin "Real" klubu isə bu turda xal itkisi ilə üzləşib. Səfərdə "Levante"nin qonağı olan "Real" rəqibinin müqavimətini qıra bilməyib və 0:1 hesabı ilə məğlub olub.
"Atletiko" (Bilbao) klubu isə öz meydanında "Betis"lə qarşılaşıb. Bilbao təsmilçisi doğma azarkeşləri önündə "Betis"ə 2:3 hesabı ilə məğlub olaraq turu xalsız başa vurub.
17 sentyabr
İspaniya La Liqasının III turunun oyunları
"Malyorka" - "Malaqa" - 0:1
Qol: Demiçelis, 39 (0:1)
"Qranada" - "Villareal" - 1:0
Qol: Uçe, 56 (1:0)
"Sportinq" (Xixon) - "Valensiya" - 0:1
Qol: Soldado, 30 (0:1)
"Barselona" - "Osasuna" - 8:0
Qollar: Messi, 5 (1:0), 41 (5:0), 79 (8:0), Fabreqas, 13 (2:0), Vilya, 34 (3:0), 76 (7:0), Barros, 40-avtoqol (4:0), Xavi, 57 (6:0)
"Sevilya" - "Real" (Sosyedad) - 1:0
Qol: Kanute, 53 (1:0)
 
18 sentyabr
"Qetafe" - "Rayo Vallekano" - 0:1
Qol: Miku, 4 (0:1)
"Zaraqoza" - "Espanyol" - 2:1
Qollar: Qarsiya, 29 (1:0), 90 (2:1), Lopez, 71 (1:1)
"Atletiko" (Madrid) - "Santander" - 4:0
Qollar: Falkao, 23 (1:0), 36 (2:0), 55 (3:0), Adrian, 78 (4:0)
"Levante" - "Real" (Madrid) - 1:0
Qol: Kone, 68 (1:0)
"Atletik" (Bilbao) - "Betis" - 2:3
Qollar: Exçeberiya, 7 (0:1), Perez, 13 (0:2), Markos, 38 (1:2), Sevilya, 45-pen (1:3), Lopez, 86 (2:3)

OXŞAR XƏBƏRLƏR