"Real-Madrid"in iki futbolçusu yenidən qayıdıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, zəif nəticələrə görə tənqid hədəfi olan "Real-Madrid"i sevindirəcək iki xəbər var.
Komandanın braziliyalı ulduzu Vinisius Jr. və avstriyalı müdafiəçi David Alaba sağalaraq komanda ilə məşqlərə başlayıb.
Jr. Vinisiusun 3 həftə yaşıl meydançadan uzaq qalacağı gözlənilirdi. Alaban isə bir ilə yaxın idi ki, zədəli idi.
"Real-Madrid" sabah yerli saatla 00:00-da La Liqada səfərdə "Jirona" ilə qarşılaşacaq.
Qeyd edək ki, İspaniya nəhəngi 33 xalla liqada ikinci pillədə qərarlaşıb.
Oksana