"Real Madrid"in braziliyalı futbolçusu Vinisius Junior futbola sərmayə qoyub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçu Braziliya B Seriyasının komandalarından olan "Atletik" klubunu alıb.
Vinisiusa məxsus "Atletik" klubu hazırda Braziliya B Seriyasında 15-ci yerdədir.
Qeyd edək ki, Vinisius bu mövsüm "Real Madrid"in heyətində 50 oyun keçirib, 20 qol vurub və 16 məhsuldar ötürmə edib.
Gülay