"Real Madrid"in futbolçusu Vinisius Junior səfərdə "Barselona"ya qarşı keçirdikləri İspaniya La Liqasının X tur matçında xoşagəlməz hadisə ilə üzləşib.
Braziliyalı hücumçu yerli azarkeşlərin irqçi təhqirlərinə məruz qalıb.
Barselona prokurorluğunun məsələ ilə bağlı araşdırmalara başlayacağı bildirilib.
Qeyd edək ki, El Klasiko "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.