"Real Madrid"in hücumçusu El Klasikoda irqçi təhqirlərə məruz qalıb

"Real Madrid"in hücumçusu El Klasikoda irqçi təhqirlərə məruz qalıb
İDMAN
19:25 28.10.2021
295
"Real Madrid"in futbolçusu Vinisius Junior səfərdə "Barselona"ya qarşı keçirdikləri İspaniya La Liqasının X tur matçında xoşagəlməz hadisə ilə üzləşib.

Braziliyalı hücumçu yerli azarkeşlərin irqçi təhqirlərinə məruz qalıb.

Barselona prokurorluğunun məsələ ilə bağlı araşdırmalara başlayacağı bildirilib.

Qeyd edək ki, El Klasiko "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR