“Real Madrid”in müdafiəçisinin aldığı zədə bilindi

İDMAN
19:18 18.12.2023
205
David Alabanın "Vilyarreal”la oyunda çarpaz bağı zədələnib.

Məlumata görə, "Real Madrid”in müdafiəçisi Alaba böyük ehtimalla mövsümün qalan hissəsini buraxmalı olacaq. Avstriya millisi ilə AVRO-2024-ə səfər də böyük sual altındadır.

Qeyd edək ki, bu, Madrid təmsilçisi üçün cari mövsümdə üçüncü belə zədədir: Tibo Kurtua və Eder Militao daha əvvəl çarpaz bağlarını zədələyiblər.

OXŞAR XƏBƏRLƏR