''Real Madrid'in oyunçusu Premyer Liqada

İDMAN
17:15 22.08.2012
1463
"Real Madrid" klubunun müdafiəçisi Rikardo Karvalyo karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi xəbərə göeə, portuqaliyalı futbolçu "Kuins Park Reyncers" klubuna icarəyə verilib. 2010-cu ildə "Çelsi"dən "Real"a transfer olunan 34 yaşlı futbolçu bir il icarə əsasında "Kvins Park Reyncers"da oynayacaq. Karvalyo ilə "Tottenhem" klubu da yaxından maraqlansa da, tərəflər maliyyə məsələsində razılığa gələ bilməmişdilər.Qeyd edək ki, 2004-2010-cu ildə "Çelsi"də çıxış edən Karvalyo keçirdiyi 135 oyunda 7 qola imza atıb.Rüfət İbrahimli

OXŞAR XƏBƏRLƏR