ReAL partiyası dövlət qeydiyyatına alındı

ReAL partiyası dövlət qeydiyyatına alındı
SİYASƏT
14:58 01.09.2020
1163
Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə deputat Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məlumat verib.

O bildirib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:

"Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib".

O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə (partiya sədri İlqar Məmmədova - red.) qeydiyyat sertifikatı təqdim olunub.
OXŞAR XƏBƏRLƏR