"Real Soseydad" "Roma"dan transfer olunan Ektor Morenonu təqdim edib.
Bask klubunda meksikalı müdafiəçi 25 nömrəli forma ilə çıxış edəcək. Onunla müqavilə 2021-ci il 30 iyuna kimi nəzərdə tutulub.
Transfer "Roma"ya 6 milyon avro qazandıracaq. Moreno 2017-ci ilin yayında "PSV Eyndhoven"dən "Roma"nın heyətinə cəlb olunmuşdu.
"Canavarlar"ın heyətndə 6 dəfə meydana çıxan 30 yaşlı futbolçu cəmi 317 dəqiqə oynamışdı.
///goal.az