Turnirin ən yaxşı oyunçusu Sergio Ramos seçilib.
Mərakeşdə keçirilən klublararası dünya çempionatının başa çatıb.AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, final oyununda İspaniyanın “Real” (Madrid) və Arqentinanı “San Lorenzo” komandaları qarşılaşıb.
Gözlənildiyi kimi, oyun bütövlüklə Çempionlar Liqasının son qalibinin üstünlüyü şəraitində keçib. Rəqibinin qapısından 2 cavabsız top keçirən madridlilər tarixində ilk klublararası dünya çempionu tituluna sahib çıxıblar.
Turnirin ən yaxşı oyunçusu Sergio Ramos seçilib.