"Real"a transfer edilən Arda Gülerlə bağlı yalan məlumatlar yayılıb

İDMAN
12:58 17.07.2023
734
Ötən mövsüm forma geyindiyi "Fənərbağça"dan ayrılaraq "Real Madrid"ə transfer olunan Arda Gülərlə bağlı mətbuatda saxta xəbərlər yayılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrılan baş məşqçi Xorxe Jesusun "Arda Gülər ​​mənim sayəmdə "Real Madrid"ə transfer oldu" deməsi xəbərinin yalan olduğu üzə çıxıb.

Portuqaliyada çıxan "Bola" qəzeti Xesusun Arda haqqında heç kimlə danışmadığını və iddia edilən ifadənin yalan olduğunu yazıb.
 
Qeyd edək ki, Arda Gülerin "Real Madrid"ə keçməsi Türkiyənin ən bahalı transferi kimi futbol tarixinə həkk olunub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR