“Real” yay transferlərinə 400 milyon avro xərcləyəcək

İDMAN
19:41 08.06.2023
234
"Real”ın yay transferlərinə xərcləyəcəyi vəsait bəlli olub.
 
İspaniya nəhəngi yeni futbolçulara 400 milyon avro xərcləyəcək.

Madrid klubu artıq ilk transferi gerçəkləşdirib. Cud Bellinqemin Dortmund "Borussiya”sından keçidi üçün 100+31 milyon avro ödənilib.

Qeyd edək ki, "Real” Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandırıb və La Liqada 2-ci yeri tutub.
 
///Apasport
OXŞAR XƏBƏRLƏR