"Real"ın yeni baş məşqçisi o olacaq

"Real"ın yeni baş məşqçisi o olacaq
İDMAN
12:56 29.10.2018
2766
"Real"ın baş məşqçisi Xulen Lopetegi komandadan ayrılır.

"Marca” xəbər verir ki, mütəxəssis La Liqanın X turunda "Barselona”ya 1:5 hesablı məğlub olduqları oyundan sonra futbolçularıla vidalaşıb. 52 yaşlı məşqçi hər ehtimala qarşı onlarla sağollaşmağı lazım bildiyini söyləyib.

İddia olunur ki, "Real" bu gün Bakı vaxtı ilə saat 16.00-da italiyalı Antonio Konteni komandanın yeni baş məşqçisi qismində ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, bu il iyunun 15-dən "Real"ə rəhbərik edən Xulen Lopetegi 2018-ci il dünya çempionatı ərəfəsində İspaniya yığmasından qalmaqalla ayrılıb. "Kral Klubu” hazırda La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.
 

OXŞAR XƏBƏRLƏR