"Real" yetirməsi ilə yollarını ayıra bilər

"Real" yetirməsi ilə yollarını ayıra bilər
İDMAN
19:42 25.12.2024
358
İspaniyanın "Real" klubu yetirməsi Lukas Vaskeslə yollarını ayıra bilər.

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Sevilya" 33 yaşlı vingerlə maraqlanır. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda bitdiyi üçün yanvarda başqa klubla danışıqlara başlaya biləcək.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Vaskes 2015-ci ildə əsas komandaya cəlb edilib. O, komandanın heyətində 371 oyun keçirib.
OXŞAR XƏBƏRLƏR