Buna səbəb bir neçə gün bundan öncə braziliyalı futbolçunun öz səhifəsində Fələstinə dəstək olaraq paylaşdığı şəkildir. "Real Madrid" klubunun müdafiəçisi Facebookda öz səhifəsinə fələstinli uşaqların İsrail əsgərlərinə daş atararkən çəkilən şəklini və "Mənim qəlbim fələstinlilərlə döyünür. Onlar İsrail rejiminə qarşı vuruşur" sözlərini yerləşdirib.
Qeyd edək ki, Marselonun Facebook sosial şəbəkəsində paylaşdığı şəkil, Avropadakı İsrail lobiisinin qəzəbi ilə qərşılanıb. Facebook sosial şəbəkəsinin rəhbərliyinə edilən təzyiqlərdən sonra, Marselonun sosial şəbəkədki səhifsi bağlanıb.