"Tottenhem" klubunun müdafiəçisi Qaret Beyl karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
AZXEBER.COM-un məlumatına görə, "Real" (Madrid) klubu yenidən uelsli futbolçuya "elçi" düşüb.Müdafiənin sol cinahında ciddi sıxıntı yaşayan Madrid təmsilçisi bu boşluğu Beyllə doldurmaq niyyətindədir. "Real" rəhbərliyi 23 yaşlı futbolçunun transferi üçün 55 milyon funt-sterlinq xərcləməyə hazırdır.
Qeyd edək ki, 2007-ci ildən "Tottenhem"də çıxış edən Beyl keçirdiyi 120 oyunda 23 qola imza atıb.