"Real"ın aparıcı futbolçusu üç ay yaşıl meydanlardan kənarda qala bilər

İDMAN
19:56 06.06.2024
198
İspaniyanın "Real" klubunun aparıcı futbolçusu Cud Bellinqem üç ay yaşıl meydanlardan kənarda qala bilər.

Yarımmüdafiəçi La Liqa matçlarının birində çiynindən xəsarət alıb.

Oyunçu əməliyyat olunsa, onun bərpası təxminən üç ay çəkəcək.

Beləliklə, Bellinqem mövsümün əvvəlini buraxa bilər. O, hazırda İngiltərə millisinin düşərgəsindədir və AVRO-2024-ə hazırlaşır. Futbolçu konservativ müalicə alır.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Real"da 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///report

OXŞAR XƏBƏRLƏR