"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub
İDMAN
20:36 06.04.2024
236
İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib.

Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyunda meydana çıxmayıb. 2023-cü ilin avqustunda zədələnən oyunçu bu ilin əvvəlində fərdi məşqlərə başlasa da, martın 19-da yenidən zədələnib və əməliyyat olunub.
OXŞAR XƏBƏRLƏR