"Real"ın futbolçusu "Atletiko" ilə oyunu buraxa bilər

İDMAN
14:10 18.01.2024
147
"Real" klubunun futbolçusu Rodriqo "Atketiko"ya qarşı keçirəcəkləri İspaniya Kubokunun 1/8 final oyununu buraxa bilər.

23 yaşlı hücumçu görüşdən əvvəl komanda ilə məşqdə iştirak etməyib.

Braziliyalı oyunçu idman zalında fərdi şəkildə çalışıb.

Qeyd edək ki, bu gecə təşkil olunacaq "Atletiko" - "Real" matçı Bakı vaxtı ilə saat 00:30-da başlayacaq. Rodriqo cari mövsüm Madrid təmsilçisinin heyətində 28 oyunda iştirak edib, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///report

OXŞAR XƏBƏRLƏR