'Real'ın futbolçusundan Messiyə ağır ittiham

İDMAN
07:35 02.02.2013
1302

“Real”ın hücumçusu Xose Kalyexon ölkə kubokunun 1/2 final mərhələsinin “Barselona”ya qarşı keçirilən ilk oyunundan sonra məşqçiləri Aitor Karanka və komanda yoldaşı Alvaro Arbeolanı Kataloniya klubunun hücumçusu Lionel Messi tərəfindən təhqir edildiyini təsdiqləyib.

O qeyd edib ki, argentinalı futbolçu həqiqətən də Karankanı Joze Mourinyonun kuklası adlandırıb.

“Mən bu sözləri eşitdim. Həmin vaxt Messini yaxınlığındaydım. Arbeola ilə epizoda gəlincə, oyun zamanı belə hallar baş verir. Sonradan isə futbolçular bu cür hərəkətlərinə görə peşman olur. Amma əgər bir oyunçu meydandandakı olaydan sonra rəqib futbolçunu onun xanımı qarşısında təhqir etmək üçün gözləyirsə, bu, kimsəyə yaraşan hərəkət deyil. Bəzən yaxşı oğlanlar deyildiyi qədər yaxşı, pislər isə pis olmur” – deyə o bildirib.//qol.az

OXŞAR XƏBƏRLƏR