"Real"ın prezidenti Arda Gülərlə bağlı müjdə verdi

İDMAN
14:43 20.05.2024
245
"Real Madrid"də vurduğu qollarla ona verilən fürsətdən yaxşı istifadə edən Arda Gülər ​​üçün prezident Florentino Peres hərəkətə keçib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçunun uğurundan sonra Florentino Peres yeni qərar verib.

Arda Gülər ​​La Liqada 373 dəqiqə meydanda olub və 6 qol vurub. O, cəmi 2 matçda start 11-də meydana çıxıb.

Mourinyo tərəfindən "ən yaxşı klub prezidenti" olaraq xarakterizə edilən Peres Arda haqqında bu sözləri deyib:
 
"Gələn il bu səviyyədə oynasa, müqaviləsini yeniləyəcəyik. O, buna layiqdir” deyən Ardaya  maaş artımı ilə bağlı müjdə verib.

Mikayıl

OXŞAR XƏBƏRLƏR