"Real Madrid"də vurduğu qollarla ona verilən fürsətdən yaxşı istifadə edən Arda Gülər üçün prezident Florentino Peres hərəkətə keçib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçunun uğurundan sonra Florentino Peres yeni qərar verib.
Arda Gülər La Liqada 373 dəqiqə meydanda olub və 6 qol vurub. O, cəmi 2 matçda start 11-də meydana çıxıb.
Mourinyo tərəfindən "ən yaxşı klub prezidenti" olaraq xarakterizə edilən Peres Arda haqqında bu sözləri deyib:
"Gələn il bu səviyyədə oynasa, müqaviləsini yeniləyəcəyik. O, buna layiqdir” deyən Ardaya maaş artımı ilə bağlı müjdə verib.
Mikayıl