'Real'ın ulduz futbolçusu radara düşdü

İDMAN
15:25 28.02.2013
1223
“Real”ın və Fransa yığmasının hücumçusu Kərim Benzema yüksək sürətə görə 6 aylıq həbs oluna bilər.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu İspaniya küçələrindən birində radara düşüb.Futbolçunun “Audi” markalı maşınla 216km/saat sürətlə hərəkət etdiyi bildirlir. Kamera həmçinin “Real” klubunun oyunçularından birinin də avtomobillə sürət həddini keçdiyini bildirir. Lakin sükan arxasında kimin oturduğu məlum deyil.Polis həmçinin Benzemanın öz klubundan kiminləsə yarışa girdiyini də istisna etmir. Benzema məhkəmə qarşısında cavab verməlidir.

OXŞAR XƏBƏRLƏR