Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla görüşəcək

Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovla görüşəcək
SİYASƏT
10:30 31.07.2023
189
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Görüş dövlət başçısının iqamətgahında keçiriləcək.

Qeyd edək ki, C.Bayramov iyulun 31-də Türkiyəyə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR