Rəcəbov Aronyanın CAVABINI VERDİ: "Yenə danışmağa başlayıb"

Rəcəbov Aronyanın CAVABINI VERDİ: "Yenə danışmağa başlayıb"
İDMAN
21:57 18.09.2023
478
"Şahmatda manipulyasiyaya və yalana yer yoxdur. Bu oyun bizə dürüstlük və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəyiblər və təkcə şahmat şahmat lövhəsi arxasında yox, həm də açıqlamalarında dürüstlüyü qorumağa borcludurlar. Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov "Facebook” sosial şəbəkəsində erməni şahmatçının təxribat xarakterli açıqlamasına cavab olaraq yazıb.

"44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyir və yazırdı ki, guya əlinə silah alıb müharibəyə getməyə hazırdır. Təbii ki, Azərbaycana qarşı döyüşmək üçün. Amma riyazi təfəkkürə malik olan Aronyan, görəsən, bu bəyanatı ilə faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə töhfə verdiyini düşünürdümü?”, - T.Rəcəbov yazıb.

Onun sözlərinə görə, şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq, dünyanın hər yerindən insanları birləşdirir, bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, hətta Soyuq Müharibə dövründə belə şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.

"Ermənilərlə azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birgə çalışıb, sevinib, kədərlənib. Lakin ötən əsrin 90-cı illərində erməni şovinizmi, separatizmi, "irqi, milli və digər üstünlüklər” ilə bağlı ideyaları qonşularımızın, eləcə də Qarabağ ermənilərinin, Azərbaycan vətəndaşlarının şüuruna hopub.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra - Azərbaycan Silahlı Qüvvələrinın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan 7 rayonu işğaldan azad edərək Ermənistanı təslim olmağa və tam məğlubiyyətini etiraf etməyə məcbur edəndə isə Levon Aronyan susmuşdu”, - azərbaycanlı şahmatçı qeyd edib.
"Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri, bütün evlərin və tikililərin xarabalığa çevrildiyini göstərəndə Aronyan susurdu. Aronyan erməni işğalçıları tərəfindən Yer üzündən silinən, Qafqazın Hirosiması – Ağdam barədə də, dağıdılan və ya tövlələrə çevrilən məscidlər və ibadət evləri barədə də, vəhşicəsinə işgəncələrə məruz qalan və qətlə yetirilən on minlərlə azərbaycanlı barədə də, Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə yaşatdığı misilsiz iztirablar barədə də heç nə demirdi. O, inadla susurdu. İndi isə yenə danışmağa başlayıb”, - deyə T.Rəcəbov qeyd edib və L.Aronyanın "Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək Azərbaycana qarşı ittihamlar səsləndirdiyini xatırladıb.

"Ağdam-Xankəndi yolu işləyərkən, keçid məntəqəsi işləyərkən, hər iki istiqamətdə hərəkət edən yüklərin görüntüləri hamıya əlyetən olarkən hansı "blokada”dan danışmaq olar?! Məhz Azərbaycanın səyi ilə hər iki yol - Ağdam-Xankəndi və Laçın- Xankəndi yolları işləməyə başladı. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, həm dünya ictimaiyyəti, həm də bu yaxınlarda Ermənistanın özü tərəfindən tanınıb. Və orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Azərbaycan dövlətinin təklif etdiyi ərzaq məhsullarını qəbul etməlidirlər, daha Ağdam-Xankəndi yolunu bağlamamalıdırlar”, - T.Rəcəbov vurğulayıb.

"Gəlin dürüst olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etimadının açarıdır. Hər bir yalan açıqlama şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir. Unutmamalıyıq ki, qrossmeysterlər söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”, - azərbaycanlı şahmatçı bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Ceyhun Bayramovla Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
20:42 05.10.2026
Ceyhun Bayramovla Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
20:40 05.10.2026
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib