Rəfael Dadaşov xəstəxanaya yerləşdirildi

TOP4
23:30 27.01.2020
7646
Xalq artisti Rəfael Dadaşov yenidən xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sənətkarı özü Xəzər TV-də yayımlanan "5/5” axşam şousunun canlı efirinə telefon vasitəsilə qoşularkən deyib. Proqramda ad gününü qeyd edən məşhur teleaparıcı Hacı Nuranı təbrik edən R.Dadaşov səhhətində yenidən problemlərin yarandığı və təcili şəkildə xəstəxanaya yerləşdiyini dilə gətirib.

H.Nuran isə sənətkarın hazırkı vəziyyətini bu cür şərh edib:

"Bizim çox sevdiyimiz və hörmət etdiyimiz Rəfael müəllimin səhhətində yenidən problemlər yarandığı üçün onu təcili şəkildə xəstəxanaya apardıq. Hazırda peşəkar həkimlərin nəzarəti altında müalicə alır. Bu, Xalq artisti üçün çətin mərhələdir. Allahdan Rəfael müəllimə şəfa arzu edirəm. O, çox böyük sənətkardır”.

Daha sonra ifası ilə proqrama qatılan Rəfael Dadaşovun müğənni qızı Səidə Dadaşova Hacı Nuranı təbrik edərək, atasının səhhətindən söz açıb:

"Atam çox istəyirdi gəlib, Hacı Nuranı təbrik etsin. Amma səhhəti buna imkan vermədi. Rəfael müəllimdə oksigen çatışmazlığı var. Mənim üçün o qədər ağırdır ki, bunları dilə gətirmək. Ürəyim ağrıyır. Amma indi vəziyyəti normaldır. Çoxları düşünür ki, bu xəstəlik atamın artıq çəkili olduğu səbəbindən yaranıb. Amma bu, əsla belə deyil. Sadəcə atam heç vaxt sağlamlığına önəm verməyib. O zamanını daha çox bizə, ailəsinə ayırıb, səhhəti ilə heç vaxt maraqlanmayıb”.

Qeyd edək ki, Xalq artisti Rəfael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rəfael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:43 29.09.2020

“Haber Global”ın AzTV ilə ortaq yayımı - CANLI

23:40 29.09.2020

XİN rəhbəri: “Ermənilər mülki şəxsləri məqsədyönlü şəkildə hədəfə alır”

23:22 29.09.2020

Qətər Əmiri İlham Əliyevlə Qarabağ münaqişəsini müzakirə etdi

23:20 29.09.2020

Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu - ölən var

23:18 29.09.2020

Ermənistan ordusunun mövqeləri darmadağın edildi - Müdafiə Nazirliyi

23:09 29.09.2020

İlham Əliyev: “Ermənistan bir neçə aydır Azərbaycana qarşı təcavüzə hazırlaşır”

23:04 29.09.2020

Hərbi attaşelər cəbhədə baş verənlərlə bağlı məlumatlandırılıb

23:02 29.09.2020

Erməni filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarıldı

22:51 29.09.2020

“Telegram”ın ən böyük rus və erməni kanalları da “Qarabağ Azərbaycandır” dedi - SORĞU

22:48 29.09.2020

XİN rəhbəri: “Bölgədə yaşanan gərginliyə görə məsuliyyət Ermənistanın üzərindədir”

22:33 29.09.2020

İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı Rusiya telekanalında çıxış edib - TAM MƏTN

22:11 29.09.2020

Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” - VİDEO

21:52 29.09.2020

Paşinyan Putinə zəng etdi

21:49 29.09.2020

Ceyhun Bayramov litvalı həmkarı ilə Qarabağı müzakirə etdi

21:47 29.09.2020

Ağdamda yaşayış evinə top mərmisi düşdü

21:38 29.09.2020

Neftin qiyməti kəskin azalır

X Mostbet