Rəfahı tərk edən fələstinlilərin sayı 360 minə yüksəldi

Rəfahı tərk edən fələstinlilərin sayı 360 minə yüksəldi
DÜNYA
12:33 13.05.2024
117
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabından Rəfah və Qəzzanın şimalındakı vəziyyətlə bağlı açıqlama verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin bəzi hissələrin boşaldılmasını istədiyi Rəfah bölgəsini mayın 6-dan bu yana 360 minə yaxın insanın tərk etdiyi bildirilib.

UNRWA Qəzzada gedəcək yerin olmadığını və atəşkəs əldə olunmayınca təhlükəsizliyin təmin edilə bilməyəcəyini vurğulayıb.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.

Bunun ardınca mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb.

Bildirilib ki, İsrail Təhlükəsizlik Kabineti mayın 10-da Rəfah şəhərində qurudan hücumların "ərazinin genişləndirilməsi” ilə bağlı qərarı təsdiqləyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR