“Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir”- Əli Həsənov

“Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir”- Əli Həsənov
SİYASƏT
10:58 26.09.2016
2166
 
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səs verdiyi seçki məntəqəsində jurnalistlərin suallarına cavab verib. 

O, ilk olaraq Venesiya Komissiyasının rəyi ilə bağlı danışıb: "Venesiya Komissiyasının tələm-tələsik rəyi ilə bağlı Azərbaycan hakimiyyəti artıq münasibətini bildirib. Bu, sifarişli "ekespert rəyi” idi. Bir qayda olaraq Venesiya Komissiyasının bu tipli qanun layihələri, təşəbbüslərə, ölkələrin qanunvericilik aktlarına qiymət verməsi üçün aylar lazımdır. Azərbaycan Avropa Şurasına üzv olandan Venesiya Komissiyası ilə çox səmərəli əməkdaşlığımız var idi. Bu gün də səmərəli əməkdaşlıq davam edir. Venesiya Komissiyası bizə bu layihənin ekspertiza üçün onlara göndərilməsi üçün müraciət etsəydi, onu göndərəcəkdik. Ancaq müraciət etmədən, bu məsələ ilə bağlı ciddi maraqlanmadan, hər hansı sifarişlə rəyini açıqladı və biz də buna müvafiq qiymətimizi verdik. 

Onun sözlərinə görə, referendum təşəbbüsü Azərbaycan qanunvericiliyə uyğun şəkildə həyata keçirilib: "Bu təşəbbüs ölkə prezidentindən gəlib, Konstitusiya Məhkəməsi tərəfindən onun konstitusiyaya uyğunluğu təsdiq olunub. Müvafiq olaraq indi Azərbaycan xalqının səsverməsinə çıxarılıb, xalqın iradəsi bizim üçün bütün daxili və xarici ekspert rəylərindən, xarici əlaqələrimizdən, daxili siyasətimizin hamısından üstdə durur. Azərbaycan xalqının iradəsi dövlətin həm siyasətini , həm də müvafiq hakimiyyət strukturlarını formalaşdırır. Biz Venesiya Komissiyası, Avropa Şurası, Avropa Birliyi və digər hökumətlərarası beynəlxalq qurumlarla ona görə əməkdaşlıq edirik ki, Azərbaycan xalqının iradəsini daha dolğun təmin edək, beynəlxalq aləmdə Azərbaycan xalqının maraqlarını ifadə edək, Azərbaycan dövlətinin maraqlarını dünya dövlətlərinin maraqları ilə uzlaşdıraq və dövlətimizi sivil dünya siyasətində təmin edək.

Azərbaycana sifarişlə yanaşan  "Beynəlxalq hüquq müdafiə təşkilatları" və bəzi "QHT”lərlə Azərbaycan dövləti  yalnız Azərbaycan xalqının maraqları üçün xalqın  iradəsi çərçivəsində əməkdaşlıq edir. Bu anlamda referendum aktını da Azərbaycan xalqının iradəsinə buraxmışıq. Azərbaycan xalqı referenduma "hə” deyəcəksə, deməli, ölkə prezidentinin təşəbbüsü həyata keçəcək, "yox” deyəcəksə, deməli, bu təşəbbüs dəstəklənməyən təşəbbüs kimi tarixin arxivində qalacaq”.

Əli Həsənov bildirib ki, 2016-cı il ölkədə prezident tərəfindən islahatlar ili elan edilib: "İslahatlar artıq başlayıb. Azərbaycan post neft dövrünə əlbəttə hazırlaşırdı, ancaq belə tez bir zamanda post neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da dərhal operativ çevik islahatlar keçirilməsi prezindet tərəfindən irəli sürüldü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı dəmir yoluna buraxılıb. Bu işdə ölkənin bütün, həm inzibati,  həm iqtisadi,  həm insan resursları səfərbər edilməkdədir. Odur ki, referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post neft dövründə çevik iqtisadi islahatların keçirilməsi effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki mexanizmlərin aradan qaldırılmasıdır. 

Referendum bir tərəfdən Azərbaycanın inkişafından irəli gələn vəzifələrlə bağlıdırsa,  digər tərəfdən qarşıda Azərbaycanı gözləyən vəzifələrlə bağlıdır ki, bu vəzifələrdə də çevik iqtisadi, siyasi və bütün sahələrdəki idarəçilik ona istiqamətlənib ki, dövlətin inkişafında gecikmələr olmasın. Milli iqtisadiyyatımız dərhal post neft dövrünün qanunlarına, tələblərinə uyğunlaşdırılsın. Bu istiqamətdə də Azərbaycan xalqının firəvan həyatını təmin edək". 
 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır