Rəfiqələr 13 yaşlı qızı oğlana görə öldürdülər - FOTO

DÜNYA
16:03 10.12.2012
4199

Rusiyada məktəbli qızlar dəhşətli cinayət hadisəsi törədiblər. Novosibirsk əyalətində 12, 13 və 15 yaşında olan 3 məktəbli qız oğlana görə, cinayət törədiblər.

AZXEBER.COM-un məlumatına görə, 13 yaşlı qızla məsələyə aydınlıq gətirmək istəyən məktəblilər onu görüşə dəvət ediblər. Elə hər şey də bu zaman baş verib. Rəfiqələr 13 yaşlı məktəblini iplə boğaraq öldürüblər.  Qızlar uzun müddət bu cinayəti gizli saxlasalar da, nəhayət onlardan biri sükutu pozub. Cinəyəti törədənlərdən 12 və 13 yaşlı rəfiqələr azadlıqdadır. Ancaq 15 yaşlı qız müvəqqəti təcridxanada saxlanılır. Cinayəti də məhz onun törətdiyi iddia edilir. 

OXŞAR XƏBƏRLƏR