Rəfiqəsi Hadisəni biabır etdi: inanılmaz gerçəklər

Rəfiqəsi Hadisəni biabır etdi: inanılmaz gerçəklər
MAQAZİN
23:45 23.05.2018
12717

Xəbər verdiyimiz kimi, məşhur müğənni Hadisə ona 9 min TL-lik bileti 30 min TL-yə satan rəfiqəsi Jasmin Sadıkoğlunu ona "pul atdığı" üçün məhkəməyə vermişdi.

Hadisə ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Məlum olub ki, müğənninin rəfiqəsinə külli miqdarda borcu var.

Məsələ haqqında açıqlama verən Sadıkoğlu iddiaları qəbul etməyib. Jasmin Sadıkoğlu vəkili vasitəsilə Hadisəni topa tutub:

 

"Hadisə və bacısının mənə külli miqdarda borcu var. Hətta onlar haqqında icra təqibi də başlanılıb. Hadisə üçüncü şəxslərə təsir göstərmək və özünü təmizə çıxarmaq üçün məni qaralamağa çalışır". (publika.az)

OXŞAR XƏBƏRLƏR