Rəfiqəsinin sevgilisi tərəfindən təcavüzə uğramış Özlem D. intiqamını sevgilisinin vasitəsilə aldı. Onun sevgilisi Murat G. qızın rəfiqəsi Esra G.-yə təcavüz etdi, Özlem isə yaşananları olay yerində qəhqəhə çəkərək seyr etdi.
AZXEBER.COM-un məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində yaşanıb. Hazırda olayla bağlı məhkəmə prosesi gedir.Özlem D. istintaqda verdiyi ifadəsində bildirib ki, yaxın rəfiqəsi Esra G.-nin sevgilisi onu aldadaraq şəhər kənarına aparmış, orada zorlamışdı. Özlem D. də başına gətirilənləri bir neçə gün sonra sevgilisi Murat G.-yə danışıb.Bundan sonra isə Özlem intiqam planı hazırlayıb. Plana uyğun olaraq, Murat Esraya zəng vuraraq, onunla görüşmək istədiyini deyib.Rəfiqəsinin sevgilisindən pis heç nə gözləməyən Esra da İstanbulun Aksaray səmtinə, görüşün təyin edildiyi yerə yollanıb. Oraya sevgilisi Özlem və dostu Serdar İ. ilə gələn Murat, Esranı maşınına mindirəndən sonra şəhərdən kənara çıxıb, maşını meşəlik yerdə saxlayıb.Burada Esranı maşından çıxaran Murat qıza dostu ilə birlikdə təcavüz edib.Özlem rəfiqəsinin yalvarışlarına, qışqırtılarına, göz yaşlarına məhəl qoymadan yaşananları qəhqəhə ilə izləyib.