"Regionda sülhün bərpası üçün Azərbaycanın əraziləri işğaldan azad edilməlidir"

"Regionda sülhün bərpası üçün Azərbaycanın əraziləri işğaldan azad edilməlidir"
SİYASƏT
11:07 05.10.2020
593
Regionda sülhün bərpa olunması üçün Azərbaycanın əraziləri işğaldan azad edilməlidir.

Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan vilayəti üzrə Vəkillər Kollegiyasının insan haqları komissiyasının sədr əvəzi Sina Yusifi deyib.

S.Yusifinin sözlərinə görə, işğalçılığa son qoymağın yeganə həll variantı hərb yoludur, çünki Ermənistan Azərbaycanın ərazilərini işğal edib və bu ərazilərdən çıxmaq niyyəti yoxdur, hətta öz torpağı olduğunu iddia edir.

Hüquqşünas bildirib ki, Azərbaycan öz haqlı mövqeyindən çıxış edərək işğal olunmuş ərazilərini tamamilə azad etməlidir:

"28 ildir ki, Azərbaycan ərazilərinin sülh yolu ilə həllini gözləyir. Minsk qrupu həmsədrlərinin mənafeyi sanki Dağlıq Qarabağın işğal altında qalmasını təmin edir".

İranlı hüquqşünasın sözlərinə görə, görünən odur ki, həmsədr ölkələr Ermənistan tərəfinə öz hərbi birləşmələrini Dağlıq Qarabağ və ətraf 7 rayondan geri çəkməsi ilə bağlı indiyədək heç nə deyə bilməyiblər:

"Halbuki Azərbaycan 28 il Minsk Qrupuna, daha geniş anlamda BMT-yə vaxt verdi ki, münaqişə sülh yolu, müzakirələrlə həll olunsun”.

S.Yusifinin sözlərinə görə, indi də mənafeyini işğalın davam etməsində görən bir sıra ölkələr bir çox təzyiqlər göstərirlər ki, atəşkəs bərpa olunsun.

O, qeyd edib ki, İranda azərbaycanlılar Dağlıq Qarabağda gedən döyüşləri diqqətlə və nigaranlıqla izləyirlər. Onlar Azərbaycanın yeni qələbələr qazanmasını, ərazilərin azad olunmasını istəyirlər.

"Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Salmas, Xoy, hətta Tehranda azərbaycanlılar yürüşlər keçirərək bəyan etdi ki, Dağlıq Qarabağın azad olunmasını tələb edir və Ermənistana hər hansı dəstəyin göstərilməsinə qarşıdırlar. Yalnız ərazilər işğaldan azad olunduqdan sonra sülh barəsində Ermənistan və Azərbaycan arasında müzakirələr aparıla bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI