“Regionun parlayan ulduzu olan Azərbaycan bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib”

“Regionun parlayan ulduzu olan Azərbaycan bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib”
SİYASƏT
14:40 21.11.2022
200
"Torpaqlarını işğaldan azad etmiş, regionun parlayan ulduzu olan Azərbaycan bu gün bütün türk dünyası üçün ilham mənbəyinə çevrilib”.
 
Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında müstəsna bağlara söykənən və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatan əməkdaşlığın gələcəkdə də davam edəcəyinə tam əmindir.

"YAP-ın qarşıdakı vaxtda da Azərbaycanın rifahı və dünyadakı mövqeyinin güclənməsi istiqamətindəki fəaliyyətini uğurla davam etdirəcəyinə əminəm”, - R.T.Ərdoğan söyləyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR