Türkiyənin məşhur xəbər aparıcısı Reha Muxtar gecə saat 01:00 radələrində evində ağır qəza keçirib.
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, yaşadığı malikanənin pilləkənlərindən yıxılan Muxtar huşsuz halda xəstəxanaya yerləşdirilib.
Süni nəfəs aparatına qoşulan Reha Muxtarın hazırda reanimasiyada müalicə aldığı öyrənilib.
Onun vəziyyəti ilə bağlı hələlik ailəsindən və ya xəstəxanadan dəqiq bir açıqlama verilməyib.
Aysel