Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbs edilib.
AZXEBER.COM-un xəbərinə görə, ona 10 gün müddətinə inzibati həbs cəzası verilib. O, hazırda Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb.
Xatırladaq ki, R.Qazıyev ötən gün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.