Rəhim Rəhimli bir mahnıdan 4 min manat qazandı - VİDEO
MAQAZİN
15:45 03.09.2012
2209
Tanınmış bəstəkar-müğənni Rəhim Rəhimli gənc müğənni Elvin Abbasov üçün yeni mahnı yazıb. AZXEBER.COM-un məlumatına görə “Nağıllar” adlanan bu mahnını Rəhim Rəhimli əvvəlcə özü oxumaq istəsə də, sonradan fikrini dəyişərək onu Elvinə 4000 manata satıb. Musiqisi Rəhimin özünə, sözləri Elvin Aydına məxsus “Nağıllar” adlı mahnının bek-vokalları da Rəhimli özü ifa edib. Bunu normal hesab edən Rəhim Rəhimli bildirib ki, dünyanın ən məşhur ifaçıları bek-vokal oxuyur və bu adi bir şeydir: “Burada nə var ki? Dünyanın ən məşhur ifaçıları bek-vokallıq edirlər. Əslində bu, çox çətin işdir və təbii ki, mənim bəstələrimə məndən gözəl heç kim vokallıq edə bilməz”. Elvin Abbasovun ifasında səslənən həmin “Nağıllar”ı ilk olaraq sizə də təqdim edirik.