Rəhim Rəhimli: ‘Elə anlar olur ki, ulduz olduğumu unuduram’ – FOTOLAR

MAQAZİN
12:35 14.07.2012
3017

“ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin növbəti qonağı Rəhim Rəhimli olub.

AZXEBER.COM-un məlumatına görə, verilişin və layihənin rəhbəri Səxavət Nur, müğənni və onu dinləməyə gələn fanatlarına təəccüblü anlar yaşadıb. “15 il əvvəl çəkilən şəkillərimi görmək mənim üçün sürpriz oldu” deyən Rəhim Rəhimli, “Hər zaman özüm qonaq qəbul etməyə alışmışam. Ona görə hər hansı bir proqrama qatıldıqda özümü çox xoşbəxt və məhşur hiss edirəm. Hətda elə anlar olur ki, özümün də ulduz olduğunu unuduram” deyə fikirlərini bölüşüb.

Verliş ərzində ən hit ifalarını oxuyan müğənni, sonda imzalı fotolarını pərəstişkarlarına təqdim edib.

Qeyd edək ki, verlişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR