“Rəhimdir də arada ağzından söz buraxır”

“Rəhimdir də arada ağzından söz buraxır”
MAQAZİN
19:41 19.12.2017
1665
Müğənni Niyam Səlami həmkarı Rəhim Rəhimli ilə olan qalmaqalından danışıb.
 
AZXEBER.COM-a açıqlama verən Niyam aralarında olanları elə də önəmsəmədiyini bildirib.
 
O deyib ki, Rəhim danışığına fikir vermir: "Aramızda qalmaqal yaşanmır, sadəcə inciklik var. O da hər kəsin arasında baş verə bilər. Hər ailədə olur belə söhbətlər. Ana oğlundan, dost dostdan inciyir. Rəhimi hamı bilir ki, yatır-yatır arada durur bir söz buraxır ağzından. Ancaq bir şey də var ki, ağızdan söz buraxanda pnun arxasında durmaq lazımdı.
 
Niyam deyib ki, Rəhimlə barışmayacaq: "Mən bəzi sırtıq müğənnilər kimi deyiləm ki, indi deyim yox, heç vaxt barışmaram sonra gedib barışım. Rəhimlə yenidən yaxın dost ola bilmərəm. Sadəcə salam sağ ol ola bilər.”
 
Niyam prodüser Tolikin də bu inciliyə olan münasibətinə də fikir bildirib: "Verilişdə izlədim. Tolik də şou-biznes nümayəndəsidir. Aramızda olan inciliyi tamaşaçıya çatdırıb. Nə Rəhimin dinləyicisinə, nə də mənim dinləciyimə maraqlı deyil ki, mən onunla küsülü olum. Belə cılız söhbətlər lazım deyil"
 
Nazim Qasımzadə
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR