İbrahim Rəisi İraqın baş naziri ilə görüşüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şiə Sudani dünən paytaxt Bağdadda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra rəsmi təmaslar üçün İranın paytaxtı Tehrana gəlib.
Rəsmi mərasimlə qarşılanan Sudaninin Tehranda İran prezidenti İbrahim Rəisi ilə ikitərəfli görüşü keçirib.
Görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında danışan Rəisi Qəzzada bombardmanın dayanacağına inandığını bildirib:
"Hər iki ölkənin Fələstin məsələsində mövqeyi eynidir. əzzada bombardmanlar, soyqırımlar və uşaq qətlləri ən qısa zamanda dayandırılmalı və atəşkəs yaradılmalıdır".
Günel