Rəisidən Baydena cavab: "Mən ona demək istəyirəm ki..."

Rəisidən Baydena cavab: "Mən ona demək istəyirəm ki..."
DÜNYA
13:51 04.11.2022
605

ABŞ və İran arasında illərdir səngiməyən gərginlik artmağa başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran və ABŞ arasında "müstəqillik" müzakirəsi böyüyür.

ABŞ Prezidenti Co Bayden bəyan edib ki, ABŞ tezliklə İranı mövcud hakimiyyətdən azad edəcək.

Birləşmiş Ştatlar prezidenti bu barədə Kaliforniyada Demokratlar partiyasından olan yerli namizədi dəstəkləmək üçün qatıldığı seçki kampaniyasında deyib:

"Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özləri tezliklə İranı azad edəcəklər”.

Baydenin bu sözlərinə İran prezidenti İbrahim Rəisi cavab verib. 

Rəisi televiziyada canlı yayımlanan çıxışında deyib: "Mən Baydenə demək istəyirəm ki, İran 43 il əvvəl azad edilib”.

Ayşən

OXŞAR XƏBƏRLƏR