Rejissor "Gedək üzü küləyə" mahnısına çəkilən klipdə nə demək istəyib? - AÇIQLAMA

Rejissor "Gedək üzü küləyə" mahnısına çəkilən klipdə nə demək istəyib? - AÇIQLAMA
MAQAZİN
14:56 23.12.2016
4089
Xəbər verdiyimiz kimi, gənc müğənni Çinarə Məlikzadə "Gedək üzü küləyə" mahnısına klip çəkdirib.
 
AZXEBER.COM-un məlumatına görə, klip sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və 1 gündə 20 mindən çox insan klipi izləyib.
 
Kliplə bağlı fikirlər birmənalı olmayıb. İstifadəçilər müğənninin ifasını bəyənsələr də, klipdə olan bəzi elementləri anlamadıqlarını deyiblər.
 
Klipin rejissoru Ərtoğrul Kamallı məsələylə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, klipdə əsas məqsəd müğənninin ön plana çəkilməsi olub: "Klipin çəkimlərindən öncə Çinarə xanımla və çəkiliş heyətimizlə məsləhətləşmələrimiz sonu belə nəticəyə gəldik ki, bu müğənninin ilk klipi olduğundan burada məqsəd yalnız Çinarənin gözəl səsini təqdim etməkdir. Paralel olaraq onun məhşurlaşması facebook üzərindən olduğu üçün başlanğıcda eyni oxunuş tərzini, sonda isə "facebook"da paylaşımı göstərək. Əgər mən istəsəydim öz ambisiyamı ortaya qoyardım və maraqlı rəngli, bir çox məkanda çəkiliş edib rejissorluğumu göstərərdim. Amma mənə lazım olan dostum, əzizim Çinarənin təqdimatıdır".
 
Rejissor tənqidləri də normal qarşıladığını deyib: "Klip haqqında mənfi rəyləri də qəbul edirik, bütün fikirlər bizim üçün önəmlidir. Amma hər şeyin ədəb-ərkanı var. Təkrar edirəm bütün tənqidlərə açıq adamam. Rejissorluq fəaliyyətimi sorğulamaq üçün məndən böyük dəyərli rejissorlarımız, sənətçilərimiz var. Onların haqqı çatır. İncəsənətə aid olmayan şəxslər yalnız tamaşaçı kimi "bəyəndim" , "bəyənmədim" deyə bilərlər. Onlara da minnətdaram. Klipimiz planlaşdırdığımız kimi alınıb. İşimizdən məmnunuq".
 
Həmin klipi təqdim edirik:

OXŞAR XƏBƏRLƏR