‘Rejissor Polad Alemdarın yerinə qoyun gətirib oynadacaqdı’ – VIDEO

MARAQLI
00:04 29.12.2012
3924

“Kanal Türk” televiziyasına qonaq olan Seray Sever Necati Şaşmaz haqqında danışıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, televiziyada yayımlanan verilişə qonaq olan aktrisa Seray Sever “Kurtlar Vadisi” serialına çəkildiyi vaxtlardan danışıb. O həmin illərdə Polad Alemdar obrazını canlandıran Necati Şaşmazın aktyorluq bacarığının çox zəif olduğunu söyləyib:

“Elə vaxt olurdu ki, ona görə 48 saat çəkilişlərdə olurduq. Hətda bir gün rejissor Osman Sınav dedi ki, bunun yerinə qoyun gətirib oynadaq. Amma Necati indi daha yaxşı oynayır. O həm də çox şanslı adamdı”.

Qeyd edək ki, Seray Sever serialın ilk illərində Çakırın bacısı obrazını canlandırıb.

OXŞAR XƏBƏRLƏR