Amma kinorejissor Zəfər Ünlünün müsahibələrindən birində bu barədə verdiyi açıqlama aranı qatıb.
Z.Ünlü deyib: "Baş rolda çəkilən aktyorlar filmin o yerində bizdən çölə çıxmağımızı istədilər və yataqda gerçəkdən də sevişdilər. Sözün açığı, baş rol oynayan Selen Görgüzeldən belə "cəsarət"i gözləmirdim".
Rejissorun açıqlaması Selen Görgüzeli təbdən çıxarıb.
O, Zəfər Ünlüdən məhkəməyə şikayətlənərək rejissoru "şərəf və ləyaqəti təhqir etmək"də suçlayıb.
"Onun dedikləri yalan, iftira və böhtandır! Məhkəməyə yolladığım iddia ərizəsində Ünlünün cəzalandırılması ilə yanaşı, təzminat ödəməsini də tələb etmişəm. Bəlkə bu minvalla ağrım bir qədər azalar", - S.Görgüzel deyib.
/// milli.az