"Reket jurnalistikanı yemləyən məktəb direktorlarıdır" - Deputat

"Reket jurnalistikanı yemləyən məktəb direktorlarıdır" - Deputat
SOSİAL
17:33 11.06.2025
834
"Son günlər Azərbaycan mətbuatında davamlı olaraq müəllimlərlə bağlı yazılar gedir. Bölgələrdən birində müəllimə üzük bağışlanması hadisəsi olub. Müəllim qaydalara, qanuna əməl etməlidir”.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunların müzakirəsi zamanı bildirib.

Millət vəkilinin sözlərinə görə, bizim cəmiyyət müəllimə həddindən artıq yüklənib: "Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdırlar. Müəllim rüşvət almamalıdır, qaydaları pozmamalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi?! Müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır. Hazırkı dönəmdə bizim cəmiyyət müəllimə həddindən artıq yüklənib, müəllim rüşvət ala bilməz, qaydalara əməl etməlidir və s. Davamlı olaraq müəllimin hədəfə alınması, onun tədris prosesindəki fəaliyyətinə, psixoloji durumuna ciddi təsir edir. Son hadisə göstərdi ki, müəyyən təşəbbüslər valideynlər tərəfindən olur, valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır”.

Deputat Elçin Mirzəbəyli həmkarının fikirlərinə münasibət bildirib: "Ceyhun müəllim məktəblərlə bağlı neqativ hadisələrin xüsusi olaraq qabardılmasından danışdı. Məsələnin təhsil tərəfindən olan baxış bucağından danışırıqsa, media tərəfinə də paralel şəkildə yanaşmalıyıq.

Problem həm də müxtəlif məktəblərin özündən qaynaqlanır. Son hadisə ilə bağlı həmin o videonu heç bir media nümayəndəsi çəkməyib, prosesin içində iştirak edən insanlar çəkib və paylaşıblar. Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Biz bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Yəni media tərəfindən sadəcə mövcud olan hadisə üzə çıxıb. Məsələnin hüquqi tərəfləri də var. Bu neqativ hadisələrin baş verməsi istiqamətində hansı hüquqi addımlar atılıb? Yəni mən onun tərəfdarıyam ki, media neqativ hallara yol verirsə, şübhəsiz ki, qanunvericilik çərçivəsində medianın fəaliyyətinin tənzimlənməsi istiqamətində konkret addımlar atılsın.

Amma onu da qeyd etmək lazımdır ki, məktəblər, xüsusilə regionlardakı məktəblər bizim zamanında mübarizə apardığımız reket jurnalistika ilə əməkdaşlıq edir. Əslində bu problemlərin yaranması da ondan ibarətdir. Reket jurnalistikanı yemləyən regionlardakı həmin o şəxslər, məktəb direktorlarıdır. Ona görə də məsələyə hər iki kontekstdən yanaşmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO