Artıq düzələcəyinə inanmıram - Elçin dilə gəldi

Artıq düzələcəyinə inanmıram  - Elçin dilə gəldi
MAQAZİN
20:24 17.04.2025
837
"Artıq nələrinsə düzələcəyinə inanmıram. Sosial mediada kim özünü necə istəsə elə də göstərə bilir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Gün ortası" verilişinə müsahibəsində deyib.

Dinləyicilərinə ard-arda zövqlü mahnılar təqdim edən Elçin bayağı mahnılardan gileylənib:

"Artıq nəyinsə düzələcəyindən ümumiyyətlə danışmaq istəmirəm çünki indiyə kimi heç bir şey düzəlməyib. Kiminin sənəti çox olar, kiminin də reklamı. Sənətkarlar çəkilib kənarda dururlar. İndi hərə bir yolla irəli getmək istəyir. Telefonumuz əlimizdədir və bu çoxları üçün bir şansdır. Çünki sosial mediada özlərini necə istəyirlər elə də göstərə bilirlər".

Qeyd edək ki, Elçin "Sənsiz gecələr"  adlı yeni mahnısına klip çəkdirmək üçün kamera qarşısına keçib.

Klip yaxın günlərdə izləyicilərə təqdim olunacaq.
 
Aysel



OXŞAR XƏBƏRLƏR