Rektor: "UNEC-də imtahan sessiyalarını ləğv edəcəyik"

Rektor: "UNEC-də imtahan sessiyalarını ləğv edəcəyik"
SOSİAL
18:47 25.01.2023
203
"Əsas hədəfimiz UNEC-də imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir".

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unuversitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.

"Bu təcrübə xaricdə var. Bunun bizim universitetlərdə tətbiqi barədə də düşünmək olar. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Onda imtahana ehtiyac qalmayacaq", - rektor vurğulayıb.
OXŞAR XƏBƏRLƏR