Rektor var medal alır –Rektor da var rüşvət

SOSİAL
12:42 03.06.2016
4640
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analizlərinin nəticəsini hazırlayıb.AZXEBER.COM Media Təqib Mərkəzinin universitetlərlə bağlı may ayı üzrə məlumatlarını təqdim edir.2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 12209 xəbər yerləşdirilib. Bunlardan 185 xəbər mənfi, 47 xəbər müsbət və 11977 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (50 xəbər - universitetdə olan milyonluq maxinasiyalar, tələbələrdən pul yığımı iddiaları, rüşvət və s.), Müəllimlər İnstitutu (42 xəbər – ləğv olunması), Aqrar Universiteti (26 xəbər - tələbələrdən pul yığımı iddiaları, rüşvət və s.). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (14 xəbər – rektorun Puşkin medalı ilə təltif olunması), Bakı Dövlət Universitetinə (10 xəbər – rektorun qızıl medalla təltif olunması), Aqrar Universiteti (9 xəbər – İbrahim Cəfərovun “İlin ən yaxşı rektoru” adına layiq görülməsi).Xəbər sayına görə sıralama:1. Bakı Dövlət Universiteti - 1440 xəbər2. ADA Universiteti - 943 xəbər3. İqtisad Universiteti - 769 xəbər4. Texniki Universiteti - 686 xəbər5. Neft və Sənaye Universiteti - 685 xəbərYazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1496 xəbər dərc edilib. Bu xəbərlərdən 1490-ı neytral, 3-ü müsbət, 3-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Müəllimlər İnstitutu (2 xəbər – ləğv olunması) və Lənkəran Dövlət Universitetinə (1 xəbər – universitetdə olan rüşvət iddiaları) məxsusdur. Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (2 xəbər – rektorun Puşkin medalı ilə təltif olunması) və Bakı Dövlət Universitetinə (1 xəbər – rektorun qızıl medalla təltif olunması) məxsusdur.Xəbər sayına görə sıralama:1. Bakı Dövlət Universiteti - 217 xəbər2. İqtisad Universiteti - 104 xəbər3. ADA Universiteti - 96 xəbər4. Mədəniyyət və İncəsənət Universiteti - 79 xəbər5. Bakı Ali Neft Məktəbi - 74 xəbərMay ayında televiziya kanallarında universitetlər haqqında 422 xəbər göstərilib.Xəbər sayına görə sıralama:1. ADA Universiteti - 42 xəbər2. Bakı Dövlət Universiteti - 31 xəbər3. İqtisad Universiteti - 30 xəbər4. Qafqaz Universiteti - 28 xəbər5. Bakı Slavyan Universiteti - 27 xəbərRadio kanallarında may ayında bu sektorla əlaqəli 22 xəbər yayınlanıb.Xəbər sayına görə sıralama:1. ADA Universiteti - 8 xəbər2. Pedaqoji Universiteti - 5 xəbər3. Qafqaz Universiteti - 2 xəbər4. Neft və Sənaye Universiteti - 2 xəbər5. Sərhəd Xidməti Akademiyası - 1 xəbərXatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

OXŞAR XƏBƏRLƏR