Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analizlərinin nəticəsini hazırlayıb.AZXEBER.COM Media Təqib Mərkəzinin universitetlərlə bağlı may ayı üzrə məlumatlarını təqdim edir.2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 12209 xəbər yerləşdirilib. Bunlardan 185 xəbər mənfi, 47 xəbər müsbət və 11977 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Gəncə Dövlət Universiteti (50 xəbər - universitetdə olan milyonluq maxinasiyalar, tələbələrdən pul yığımı iddiaları, rüşvət və s.), Müəllimlər İnstitutu (42 xəbər – ləğv olunması), Aqrar Universiteti (26 xəbər - tələbələrdən pul yığımı iddiaları, rüşvət və s.). Müsbət xəbərlər arasında liderlər: Bakı Slavyan Universiteti (14 xəbər – rektorun Puşkin medalı ilə təltif olunması), Bakı Dövlət Universitetinə (10 xəbər – rektorun qızıl medalla təltif olunması), Aqrar Universiteti (9 xəbər – İbrahim Cəfərovun “İlin ən yaxşı rektoru” adına layiq görülməsi).Xəbər sayına görə sıralama:1. Bakı Dövlət Universiteti - 1440 xəbər2. ADA Universiteti - 943 xəbər3. İqtisad Universiteti - 769 xəbər4. Texniki Universiteti - 686 xəbər5. Neft və Sənaye Universiteti - 685 xəbərYazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1496 xəbər dərc edilib. Bu xəbərlərdən 1490-ı neytral, 3-ü müsbət, 3-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Müəllimlər İnstitutu (2 xəbər – ləğv olunması) və Lənkəran Dövlət Universitetinə (1 xəbər – universitetdə olan rüşvət iddiaları) məxsusdur. Müsbət xəbərlər isə Bakı Slavyan Universiteti (2 xəbər – rektorun Puşkin medalı ilə təltif olunması) və Bakı Dövlət Universitetinə (1 xəbər – rektorun qızıl medalla təltif olunması) məxsusdur.Xəbər sayına görə sıralama:1. Bakı Dövlət Universiteti - 217 xəbər2. İqtisad Universiteti - 104 xəbər3. ADA Universiteti - 96 xəbər4. Mədəniyyət və İncəsənət Universiteti - 79 xəbər5. Bakı Ali Neft Məktəbi - 74 xəbərMay ayında televiziya kanallarında universitetlər haqqında 422 xəbər göstərilib.Xəbər sayına görə sıralama:1. ADA Universiteti - 42 xəbər2. Bakı Dövlət Universiteti - 31 xəbər3. İqtisad Universiteti - 30 xəbər4. Qafqaz Universiteti - 28 xəbər5. Bakı Slavyan Universiteti - 27 xəbərRadio kanallarında may ayında bu sektorla əlaqəli 22 xəbər yayınlanıb.Xəbər sayına görə sıralama:1. ADA Universiteti - 8 xəbər2. Pedaqoji Universiteti - 5 xəbər3. Qafqaz Universiteti - 2 xəbər4. Neft və Sənaye Universiteti - 2 xəbər5. Sərhəd Xidməti Akademiyası - 1 xəbərXatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.